...

Azərbaycanda cəza çəkən iranlı məhkumdan heroin götürülüb

Siyasət Materials 15 Noyabr 2008 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr / Trend , müxbir K.Zərbalıyeva / Azərbaycan polisi tərəfindən iranlı məhkumdan narkotik maddə aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend -a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən İran vətəndaşı Əlirza Əhmədovdan 8,29 qram heroin aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb. Penitensiar Xidmətin mətbuat xidməti faktla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcəyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti