Azərbaycan, Bakı, 20 noyabr/ Trend , müxbir Ü.Sadıqova/ Ərəb Dövlətləri Liqası (ƏDL) Qəzzə Zolağının blokadasını pisləyir və İsraildən dinc əhaliyə kömək üçün humanitar missiyaları buraxmağı tələb edir. "İsrailin növbəti hərbi hücumu Qəzzənin dinc əhalisi üçün dağıdıcı xarakter daşıyır", - ƏDL - in rəsmi nümayəndəsi Əbdüləlim Abyad Qahirədən telefonla Trend -a bildirib.
ƏDL artıq İsraildən Qəzzədə hərbi əməliyyatları dayandırmağı və humanitar təşkilatların fələstinlilərə yardım göndərmələrinə imkan verməyi tələb edib, - Abyad bildirib.
İsrail tərəfindən Qəzzə Zolağının blokadası HƏMAS hərəkatının üzvləri və İsrail ordusu arasında atışmaların bərpa olunması ilə əlaqədar, noyabrın 17- də başlayıb.
ƏDL, Qəzzənin dinc əhalisinə yardım üçün BMT-nin Fələstində humanitar missiya üzrə ümumi proqramına qoşulsa da, hazırda əsas məsələ İsrailin sərhədləri açmasıdır, - rəsmi nümayəndə bildirib.
"ƏDL - in Baş katibi Əmr Musa həmkarı Pan Gi Munun Qəzzə Zolağının blokadasını dayandırmaq barədə tələbini dəstəkləyib. Blokada regionda humanitar fəlakət doğurub", - Abyad bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]