Azərbaycan, Bakı, 21 noyabr / Trend / Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Qətərin yeni təyin edilmiş səfiri Mübarək bin Fəhd Kasim əl - Faninin etimadnaməsinin surətini qəbul edib, - Azərbaycan XİN -in məlumatında qeyd edilir.
Görüşdə bildirilib ki,Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlər hər cəhətdən dinamik inkişaf edir. Həmçinin, qeyd olunub ki, qarşılıqlı münasibətlərin daha yüksək səviyyədə inkişafı üçün potensial var. Görüş zamanı qarşılıqlı münasibətlərin intensivləşdirilməsi perspektivləri müzakirə olunub.