Gürcüstan, Tbilisi, 24 noyabr/ Trend , müxbir N. Kirtsxaliya / Həftəlik "Kviris palitra" ("Həftənin palitrası") tərəfindən rəyi soruşulanların cəmi 12,3% faizi parlamentin avqust hadisələrinin tədqiqi üzrə müvəqqəti araşdırma komissiyasının işini müsbət qiymətləndirir.
Həftəlik tərəfindən sorğulanan 412 oxucudan 46,4 %-i komissiyanın işini mənfi qiymətləndirir və hesab edir ki, o, baş verənlər barədə obyektiv təsvir yarada bilməz.
Rəyi soruşulanların 41,3% -i komissiyanın işinə öz münasibətlərini müəyyənləşdirə bilməyib və onların əksəriyyəti Gürcüstan İctimai Yayımının ikinci kanalında yayımlanan komissiya iclasına baxmadıqlarını bildiriblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]