...

Əl-Baradeyinin məruzəsinin bir hissəsi sırf siyasi mahiyyət daşıyır - İranın XİN nümayəndəsi

Siyasət Materials 24 Noyabr 2008 13:57 (UTC +04:00)

Tehran, İran, 24 noyabr / Trend , müxbir A.Namdari/ "Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) İranla bağlı növbəti məruzəsində şübhəli məqamlar var", - İran XİN-in nümayəndəsi Həsən Qaşqayi deyib.

Bu, Xarici İşlər Nazirliyinin MAQATE-nin məruzəsinə ilk reaksiyasıdır. Qaşqayinin fikrincə, məruzənin tərtibində qurumun baş direktoru Məhəmməd əl-Baradeyiyə bir neçə dövlət tərəfindən təsirlər olub.

MAQATE-nin növbəti məruzəsində deyilir ki, İran bu qurumun müşahidəçilər qrupu ilə əməkdaşlıq etmir. Lakin Qaşqayi bazar ertəsi keçirilən konfransda vurğulayıb ki, İslam Respublikası MAQATE-nin Nizamnaməsi çərçivəsində onunla əməkdaşlıq edir.

Müəlliflə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti