...

Azərbaycan prezidenti Edison-un icraçı direktoru ilə görüşüb

Siyasət Materials 25 Noyabr 2008 19:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr/ Trend / İtaliyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı İtaliyanın Edison Şirkətinin icraçı direktoru Umberto Kuadrino ilə görüşüb. Görüş prezident üçün ayrılmış iqamətgahda - "Vesfin Excelsior" mehmanxanasında baş tutub.

Görüşdə Azərbaycan və Edison arasında enerji sektorunda əməkdaşlıq perspektivləri ilə bağlı məsələlər müzakirə eilib. Prezident, həmçinin, öz iqamətgahında İtaliyanın "Rai İnternational" telekanalına müsahibə verib.

Xəbər lenti

Xəbər lenti