Gürcüstan, Tbilisi, 26 noyabr / Trend müxbir N.Kirtsxaliya/ Rusiya Gürcüstana yeni bufer və təhlükəsizlik zonalarını zorla qəbul etdirməyə çalışır, Tbilisi buna razılaşmayacaq. Reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili hökumətin iclasından əvvəl bu barədə danışıb.
Onun sözlərinə görə, Axalqoridəki insidentdən sonra bütün dünya gözləri ilə gördü ki, "biz kiminlə qarşılaşmışıq". Yakobaşvili bunu Rusiya əleyhinə sərt mövqe nümayiş etdirməyən Aİ ölkələrinə qarşı "rəhmli" olmayacağını bildirən Polşa prezidenti Lex Kaçinskinin fikirlərinə şərh verərkən bəyan edib.
Rus qoşunları noyabrın 23 - də Axalqori yaxınlığında Gürcüstan və Polşa prezidentlərinin mühafizəsinə atəş açıblar.
"Gürcüstandan işğalçı rus qoşunları çıxmayınca, bu cür təxribatlar davam edəcək", - Yakobaşvili söyləyib.
Müəlliflə əlaqə ünvanı: [email protected]