...

ABŞ Tsxinvalidə müharibəni başlamaq üçün "yaşıl işıq" yandırmayıb - Gürcüstanın Rusiyadakı keçmiş səfiri

Siyasət Materials 26 Noyabr 2008 19:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ "Tsxinvali bölgəsində hərbi əməliyyatların başlaması üçün Gürcüstan prezidenti Mixail Saakaşvili ABŞ - dan razılıq almayıb", - çərşənbə günü keçirdiyi mətbuat konfransında Gürcüstanın Rusiyadakı keçmiş səfiri Eosi Kitsmarişvili bəyan edib.

Onun sözlərinə görə, Gürcüstan hökumətinin üzvləri bildiriblər ki, Tsxinvalidə hərbi əməliyyatlara başlamaq üçün ABŞ - da onlara "yaşıl işıq" yandırıblar. Amma Kitsmarişvili Ağ Evin belə bir addım atmadığını dəqiq bildiyini qeyd edib.

Keçmiş səfir deyib ki, avqust hadisələrində Rusiya qədər Gürcüstan da günahkardır.

"Saakaşvili hələ 2004 - cü ildən müharibə itsəyib. Öz növbəsində, Rusiya bu istəkdən istifadə etməyə cəhd göstərib və arzusuna nail olub", - Kitsmarişvili bildirib.

Onun sözlərinə görə, hər vasitə ilə Saakaşvilini müharibədən çəkindirməyə çalışsa da, münaqişədən qaçmaq mümkün olmayıb.

Kitsmarişvili ümid edir ki, benəlxalq istintaq həqiqəti ortaya qoyacaq. "Araşdırma müəyyən edəcək ki, Rusiya və Gürcüstan bu müharibəyə hazırlaşıblar, bu münaqişəni Gürcüstan başlayıb, Rusiya isə, məlum cavabı verib", - Kitsmarişvili deyib.

Kitsmarişvilinin etiraz əlaməti olaraq tərk etdiyi avqust hadisələrini öyrənən müvəqqəti parlament komissiyasının iclasına gəlincə, keçmiş səfir söyləyib ki, komssiya üzvləri ona çıxışını bitirməyə imkan verməyiblər.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti