...

Bakıda baş verən yol qəzasında Çin vətəndaşı ölüb, İran vətəndaşı isə yaralanıb

Siyasət Materials 1 Dekabr 2008 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir S. Kazımlı / Bakıda baş verən yol qəza hadisələri nəticəsində Cin vətəndaşı ölüb, İran vətəndaşı isə yaralanıb. Hadisələr Əzizbəyov və Abşeron rayonları ərazisində baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a məlumat verilib.

Məlumata görə, noyabrın 29-da saat 16:00 radələrində Əzizbəyov rayonu Binə qəsəbəsi ərazisində, qəsəbə sakini Gülməmməd Xudaverdiyev "Mercedes" markalı avtomaşını idarə edərkən onu işıq dirəyinə vurub. Nəticədə xəsarət alan Xudaverdiyev və sərnişini, İran vətəndaşı Lətif Xanməmmədli xəstəxanaya yerləşdiriliblər. Faktlıa bağlı Əzizbəyov rayon Polis İdarəsində araşdırma aparılır.

Həmin gün saat 21.30 radələrində Xırdalan şəhərində, şəhər sakini Bəxtiyar Paşayev "VAZ-21074" markalı avtomaşını idarə edərkən Çin vətəndaşı Zhanq Honq Çeni vurub. Nəticədə Zhanq Honq Çen hadisə yerində ölüb. Faktla bağlı Abşeron rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti