...

Avropa Komissiyası Azərbaycana daha sıx əməkdaşlıq təklif edir – AK-nin prezidenti

Siyasət Materials 3 Dekabr 2008 16:51 (UTC +04:00)
Avropa Komissiyası Azərbaycana daha sıx əməkdaşlıq təklif edir – AK-nin prezidenti

Belçika, Brüssel, 03 dekabr/ Trend , müxbir A.İsmayılova/ Avropa Komissiyası Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarusa daha sıx əməkdaşlıq təklif edir.
 AK, altı postsovet ölkəsi ilə "Şərq Tərəfdaşlığı" təşəbbüsünü dəstəkləmək barədə qərar qəbul edib.
 "Bu, sabitliyə, yaxşı idarəetməyə və bu ölkələrdə çiçəklənməyə yardım edir", - Komissiyanın prezidenti Joze Manuel Barrozu çərşənbə günü Brüsseldə jurnalistlərə bildirib.
 Polşa və İsveç Şərq qonşuları üçün vahid forumun - 26 dövlətin, həmçinin, Ukrayna, Moldova, Belarus, Gürcüstan, Ermənistan və Azərbaycanın daxil olacağı "Şərq Tərəfdaşlığı"nın yaradılması təşəbbüsü ilə çıxış ediblər.
 Yeni müqavilə azad ticarət zonasının tətbiqini, ikitərəfli və çoxtərəfli strateji sazişlərin bağlanılmasını nəzərdə tutur.
 Barrozunun sözlərinə görə, AK, siyasi və iqtisadi problemlərin həllində "Şərq Tərəfdaşlığı" ölkələrinə kömək etmək istəyir.
 "Biz  bu qərarı indi qəbul etmişik və Gürcüstandakı hadisələr ona təsir göstərib", - o əlavə edib.
 Bu ölkələri insan haqları, demokratiya ilə bağlı problemlər birləşdirir, - prezident bildirib. Komissiyanın yeni təşəbbüsü bu problemlərin həllinə yönələcək. "Bu məqsədlə, komissiya həmin ölkələrə maliyyə dəstəyini artıracaq. 2008 - ci ildə ayrılmış 50 mln. avro 350 mln. avroyadək artırılacaq", - Barrozu qeyd edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti