Türkiyənin xarici işlər naziri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdü
Türkiyənin xarici işlər naziri Əli Babacan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə Helsinkidə ayrı-ayrılıqda görüşüb. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.