...

Parisdə oktyabrın 15-də Azərbaycanda keçirilmiş seçkilərə həsr olunmuş seminar keçiriləcək

Siyasət Materials 8 Dekabr 2008 16:09 (UTC +04:00)

Fransa, Strasburq, 08 dekabr / Trend , müxbir A.Məhərrəmli/ Dekabrın 10-da Parisdə oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı "Azərbaycan və demokratik proses və prezident seçkilərinin müşahidəsi: nəticələr və perspektivlər" mövzusunda seminar keçiriləcək. Bu barədə Trend -a bazar ertəsi Diplomatik və Strateji Araşdırmalar Mərkəzindən məlumat verilib.

Seminar Diplomatik və Strateji Araşdırmalar Mərkəzi və Fransa Milli Assembleyasının Fransa-Azərbaycan Dostluq qrupunun birgə təşkilatçılığı və Müdafiə və Təhlükəsizlik naminə Milli Müdafiə Ali Araşdırmalar İnsitutu, Təhlükəsizlik üzrə Milli Ali Araşdırmalar İnstitunun auditorları, Atlantika-Ural Kolleci və Seçki Administratorları Avropa Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Məlumatda bildirilir ki, 15 oktyabr prezident seçkilərini müşahidə etmək üçün Fransa parlamentariləri və yuxarıda adıgedən təsisatların üzvlərindən ibarət qrup Azərbaycana səfər edib. Seminarda bu səfərlə əlaqədar müşahidə missiyasının tam demokratiya yolunu tutmuş Azərbaycanda seçki prosesi ilə bağlı müzakirələri aparılacaq.

Tədbiri giriş sözü ilə Fransa-Azərbaycan Dostluq  qrupunun sədri Jan-Lui Dümon (Jean-Louis Dumont) və Diplomatik və Strateji Araşdırmalar Mərkəzinin Fəxri prezidenti Jan-İv Şövalye (jean-Yves Chevalier) açacaq.  

Bundan əlavə, seminarda  "Azərbaycan sabah" mövzusunda müzakirələr də aparılacaq. Əsas müzakirə obyekti yeni beynəlxalq kontekstdə Fransa-Azərbaycan arasındakı siyasi, iqtisadi və mədəniyyət sahəsindəki mövcud əlaqələr və onların gələcək perspektivləri olacaq. 

Məlumatda müstəqilliyinin ilk beş ilində (1991-1995) Azərbaycanın qarşılaşdığı ağır problemlər, o cümlədən ərazilərinin işğalından bəhs edilir. Buna baxmayaraq, Azərbaycanın yenidən dirçəldiyi, sürətli iqtisadi inkişaf tempi, danışıqlar və investisiya yolunu tutduğu və tolerant ölkə olduğu xüsusi vurğulanır. Bundan əlavə, sivilizasiyaların və əsas ticarət xətlərinin qovşağında yerləşən Azərbaycanın bu gün geostrateji mərkəz rolunu oynaması ilə yanaşı, Mərkəzi Asiya ilə Avropa, Rusiya ilə isti dənizlər arasında əsas enerji daşıyıcılarının əsas tranzit məkanı olduğu da məlumatda yer alıb. Gürcüstanda baş verən son hadisələrdən sonra Azərbaycanın inkişafını başa düşməyin əhəmiyyəti qeyd olunmaqla, Avropanın, eləcə də dünyanın gələcəyinin bir hissəsinin bu məkandan asılı olduğu xüsusi vurğulanır.   

Xəbər lenti

Xəbər lenti