Azərbaycan, Bakı, 10 dekabr / Trend müxbir S. Kazımlı / Azərbaycanda adam oğurluğunda və fahişəliyə cəlb etməkdə təqsirli bilinən qadın Rusiyada tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a məlumat verilib.
Nizami (Gəncə) rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin adam oğurluğu (144-cü) və fahişəliyə cəlb etmə (243-cü) maddələri ilə barəsində axtarış elan olunan Xumar Alyarova çərşənbə günü Moskva şəhərində tutulub. Hazırda onun respublikamıza ekstradisiya olunması üçün tədbirlər görülür.
Məqalə müəllıfı ılə əlaqə ünvanı:[email protected]