...

ATƏT-in yeni sədri Azərbaycanda Dağlıq Qarabağ problemini müzakirə edəcək

Siyasət Materials 10 Dekabr 2008 15:02 (UTC +04:00)
ATƏT-in yeni sədri Azərbaycanda Dağlıq Qarabağ problemini müzakirə edəcək

Azərbaycan, Bakı, 10 dekabr/ Trend , müxbir İ.Əlizadə/ ATƏT-in  yeni sədri Azərbaycanda Dağlıq Qarabağ problemini müzakirə edəcək. Gələn il ATƏT-in hazırki sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyanninin (Dora Bakoianis) Cənubi Qafqaz və Azərbaycan regionuna səfəri gözlənilir, - təşkilatın Bakı ofisinin rəhbəri Xose Luis Herero çərşənbə günü Trend -a bildirib.

Səfərin dəqiq tarixi hələ məlum deyil, - Herero bildirib.

Dekabrın 5-də Helsinkidə ATƏT-in xarici işlər nazirlərinin16-cı müşavirəsi keçirilib. Müşavirədə Finlandiya sədr səlahiyyətlərini Yunanıstana təhvil verib.

2008-ci ildə ATƏT-in sədri funksiyalarını icra etmiş Finlandiyanın xarici işlər naziri Aleksandr Stubb yekun plenar iclasda səlahiyyətləri öz yunanıstanlı həmkarı Bakoyanniyə verib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti