...

"Sülh korpusu"nun könüllüləri and içiblər

Siyasət Materials 10 Dekabr 2008 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr/ Trend , müxbir R.Novruzov/ Bu gün Azərbaycanın Sumqayıt şəhərində "Sülh korpusu"nun 61 könüllüsü and içib. "Sülh korpusu"nun yeni üzvləri ingilis dilinin tədrisi, şəhərin ictimai həyatının inkişafı proqramlarında iştirak edəcəklər.  

Təntənəli andiçmə mərasimi ABŞ-ın Azərbaycandakı səfirliyi nümayəndələrinin, Azərbaycanın təhsil, gənclər və idman nazirliklərinin, şəhər icra hakimiyyətinin rəsmi şəxslərinin iştirakı ilə N. Nərimanov adına mədəniyyət evində keçirilib.

"Sülh korpusu" 1961-ci ildə prezident Kennedi tərəfindən yaradılıb və ölkələr arasında mədəni əməkdaşlığın inkişafına yönəlib. Ümumilikdə proqramda 139 ölkədə xidmət edən 195 mindən çox könüllü iştirak edib. Azərbaycanda proqram 2003 - cü ildə start götürüb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti