...

İlham Əliyev "Dövlət sosial müdafiə fondunun 2009-cu il büdcəsi haqqında" qanunun icrası ilə bağlı fərman imzalayıb

Siyasət Materials 11 Dekabr 2008 02:25 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev "Dövlət sosial müdafiə fondunun 2009-cu il büdcəsi haqqında" qanunun icrasının təmin edilməsi barədə fərman imzalayıb. Azərtac-ın yaydığı xəbərə görə, fərmana əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, əlillərin, ilk dəfə işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin dövlət proqramlarını Naxçıvan Muxtar Respublikası üzrə xərclər ayrıca göstərilməklə bir ay müddətində təsdiq etsin;


gəlir və xərc smetaları Nazirlər Kabineti tərəfindən təsdiq olunan iri dövlət müəssisələrinin 2009-cu il üçün smetalarında əvvəlki illərdə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödənilməsini nəzərdə tutsun;


öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi haqqında" qanundan irəli gələn məsələləri həll etsin.




Xəbər lenti

Xəbər lenti