...

Iranın Bakıdakı səfirliyi İsrailin Qəzzəni mühasirədə saxlamasını pisləyib

Siyasət Materials 12 Dekabr 2008 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr/ Trend , müxbir D.Xatınoğlu/  İran İslam Respublikasının Azərbaycandakı səfirliyi İsrailin Qəzzə Zolağını mühasirəyə almasını və müsəlman ölkələrin buna reaksiya verməməsini pisləyib.

Noyabr ayının əvvəllərində İsrailin Aşqelon şəhəri Fələstinin Qəzzə Zolağından mütəmadi olaraq raket zərbələrinə tuş olurdu. İsrail buna cavab olaraq, bir aydan artıqdır ki Qəzzə Zolağını mühasirəyə alıb.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat xidməti dekabrın 12-də bəyanat yayıb ki, "Fələstin dövlətinin ərazisinin "təşkilatlanmış şəkildə" işğal edilməsindən 60 ildən artıq vaxt keçdiyi bir zamanda, bu torpaqlar hələ də müdafiəsiz insanlara qarşı "sionist rejimi" (İsrail) tərəfindən törətdilən qırğınların, sionist şəhərciklərin salınmasının, Qüdsün yəhudiləşdirilməsi və bu şəhərin tarixi və dini tikililərinin, xüsusilə də əl-Əqsa məscidinin dağıdılması kimi irqçi əməllərin və bu rejimin törətdiyi "terror" aktlarının şahididir"

Bəyanatına deyilir ki, blokada üzündən Qəzzədə tibbi ləvazimat və preparatların qıtlığı nəticəsində xəstə insanların həyatı təhlükə altındadır: "Yanacaq verilməsinin dayandırılması və ərzaq qıtlığı isə, əsasən uşaqlar, qadınlar və yaşlıların həyatını təhlükə ilə üz-üzə qoyur".

Səfirlik İsrailin Qəzzəni mühasirdə saxlamasına dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən adekvat reaksiya göstərilməməsinə təəssüf etdiyini bildirib. Bəyanatda müsəlman dövlətlərindən, eləcə də dünyanın digər müstəqil dövlətlərindən bu soyqırımın qarşısının alınması və Qəzzə Zolağının sakinlərinin mühasirəsinə son qoyulması istiqamətində effektiv addımlar atılması tələb olunub.

Xəbər lenti

Xəbər lenti