Avstriyada İslam peyğəmbərini təhqir edən deputat müttəhim kürsüsündə əyləşəcək
Avstriya parlamenti İslam peyğəmbərini təhqir edən deputatın toxunulmazlıq hüququnu ləğv edib. Bu barədə Türkiyənin "Dünyabülteni" informasiya agentliyi məlumat verib.
Toxunulmazlığı ləğv edilən, radikal sağçı Azadlıqlar Partiyasının deputatı Suzan Vinterin (Susanne Winter) yaxın günlərdə məhkəməsinin keçiriləcəyi gözlənilir. Vinter "dini dəyərləri təhqir etmək"də təqsirləndirilir.