...

Iranda 12 bəhainin evi təhlükəsizlik qüvvələri tərəfindən yoxlanılıb

Siyasət Materials 15 Dekabr 2008 20:32 (UTC +04:00)

Iran, Tehran, 15 dekabr/ Trend , müxbir A.Namdari/ İranın Semnan şəhərində 12 bəhainin (1844 - cü ildə yaranmış din) evi təhlükəsizlik orqanları tərəfindən yoxlanılıb.

İran Bəhayi İcmasına yaxın mənbələr bildiriblər ki, dekabrın 12-15 - də bəhailərin evləri yoxlanılıb, onların ailələ üzvləri istintaq olunub və yoxlama zamanı bəzi sənədlər zəbt olunub.

Mənbələrin məlumatına əsasən, bir nəfər Bəhai həbs olunub, onun kimliyi haqda məlumat verməyiblər.

İlk dəfədir ki, Semnan şəhərində kütləvi şəkildə bəhailərin evləri yoxlanılır.

Cari ildə, İran hakimiyyəti 10 bəhai həbs olunub. İranda bəhailik dini qadağadır və bəhailərin vətəndaşlıq hüququ yoxdur.

Xəbər lenti

Xəbər lenti