Fransa, Strasburq, 16 dekabr/ Trend , müxbir A.Məhərrəmli/ Aİ, Çexiyanın təşkilata sədrliyi məsələsinə ciddi yanaşır, - Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu çərşənbə axşamı Avropa Parlamentinin Strasburqda keçirilən iclasında çıxışı zamanı bildirib.
2009 - cu il yanvarın 1-dən Aİ-yə sədrlik Fransadan Çexiyaya keçəcək.
"Böyük iş görülüb və düşünürəm ki, texniki baxımdan Çexiya yaxşı hazırlaşıb. Mən Çexiyaya, onun Avropa ideyasının realizəsinə sadiqliyinə inanıram", - Barrozu bildirib.
"Biz, çexiyalı həmkarlarımıza sədrliklərində Nikolya Sarkozi kimi uğurlara nail olmalarını arzu edirik", - Barrozu əlavə edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]