...

Azərbaycan müxalifətinin Məşvərət Məclisi tipli birliyinin yaranması müzakirə olunur

Siyasət Materials 16 Dekabr 2008 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir A.Hüseynblala/Azərbaycan müxalifətinin daha geniş tərkibdə birliyinin yaradılması məqsədilə başlanan məsləhətləşmələr davam edir.

"Müxalif partiya liderləri ilə apardığımız müzakirələrin nəticələri yaxın zamanda məlum olacaq", - çərşənbə axşamı Trend -a müxalif Klassik Xalq Cəbhəsit Partiyasının sədri (KXCP) Mirmahmud Mirəlioğlu bildirib.

Trend - un arayışı: Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bir müddət əvvəl Azərbaycan Demokrat və Müsavat partiyalarının rəhbərələri Sərdar Cəlaloğlu və İsa Qəmbərlə təkbətək görüşündə müxalifətin yeni formada inteqrasiyası məqsədilə məsələhətləşmələr aparıb.

Müxalifətin Əməkdaşlıq Mərkəzində təmsil olunan Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları da müxalifətin gələcək əməkdaşlığını nəzərdə tutan layihələr hazırlayıblar.

Müxalifətin Əməkdaşlıq Mərkəzinə "Azadlıq" bloku (Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları), Müsavat Partiaysı və "Azərbaycan Naminə" İctimai Forum (ANİF) daxildir. Sentyabrın əvvəlində bu siyasi təşkilatlar oktyabrın 15 - də keçirilən prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.

Seçkidən sonra müxalifətin daha geniş koalisiyada birləşməsi istiqamətində danışıqlar başlasa da, qarşılıqlı ittihamlar nəticəsində hələki müxalifətin geniş koalisiyasının yaranması baş tutmur.

Onun sözlərinə görə, müxalifətin yeni birliyinin yaranması üçün müxtəlif variantlar təklif olunur: "Variantlardan asılı olmayaraq, siyasi qurumların rəhbərləri prinsip etibarilə, əməkdaşlıq və inteqrasiya istiqamətində təkliflərə müsbət yanaşırlar", - Mirəlioğlu vurğulayıb.

KXCP sədri Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan digər partiya rəhbərlərinin də, müxalifətin yeni formada əməkdaşlığının baş tutması məqsədilə siyasi təşkilatlarla müzakirələr apardığını deyib: "Mən də partiya liderləri ilə məsələhətləşmələri davam etdirirəm", - müxalif partiya sədri qeyd edib.

"Bizm apardığımız müzakirələr zamanı müxalifətin Məşvərət Məclisinə bənzər bir qurumunun yaradılması daha çox gündəmə gətirilir", - çərşənbə axşamı Trend -a DUİ-nın üzvü olan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.

Mirəlioğlunun bildirdiyinə görə, müxalifətin yeni birliyinin "Azadlıq" blokunda, DUİ-də təmsil olunan, eləcə də Demokrat, Milli İstiqlal və Müsavat partiyalarının iştirakı ilə yaradılması nəzərdə tutulur: "Mənim bildiyimə görə, DUİ üzvü olan Xalq Partiyasının sədri, millət vəkili Pənah Hüseyn öz təşəbbüsü ilə "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazovla da görüşüb", - BAP sədri deyib.

Demokratiya Uğrunda İttifaqı 2005- ci il parlament seçkisindən sonra müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq, Milli Demokratiya partiyaları yaradıb. 2008 - ci il sentyabrın əvvəllrəində Böyük Azərbaycan, noyabr ayında Xalq partiyaları DUİ- yə üzv qəbul olunub. İttifaq bu partiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti