...

İnfrastrukturun bərpası üçün Əfqanıstanın Azərbaycan mütəxəssislərinə ehtiyacı var - XİN

Siyasət Materials 16 Dekabr 2008 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr/ Trend , müxbir A.Əliyev/ İnfrastrukturun bərpası üçün Əfqanıstanın Azərbaycan mütəxəssislərinə ehtiyacı var, - Əfqanıstanın xarici işlər naziri Rəngin Dətfar Spanta çərşənbə axşamı Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşdə bildirib. Əfqanıstan gənclərin təhsili məsələsində Azərbaycanı ən yaxşı məkan kimi görür, - Əfqanıstan XİN-in rəhbəri deyib.

Azərbaycanın ərazi bütövlüyü Əfqanıstanın apardığı siyasətin prioritetlərindən biridir, - Spanta qeyd edib. Xarici işlər naziri Azərbaycanın sülhməramlı qüvvələrinin Əfqanıstanda sülh və sabitliyin bərpasında iştirakına görə minnətdarlıq ifadə edib. O, ölkədə vəziyyətin yaxşılaşdığını bildirərək, terrorizmlə bağlı problemlərin hələ də mövcud olduğunu vurğulayıb.

Əfqanıstanın xarici işlər naziri iki günlük səfərlə Azərbaycandadır. Gündüz o, Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarovla ikitərəfli münasibətlər perspektivlərini, regionda təhlükəsizliyin bərpa edilməsi məsələlərini müzakirə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti