...

Azərbaycan Misirin Texniki Əməkdaşlıq Fondu ilə əməkdaşlığı genişləndirməyə hazırdır

Siyasət Materials 17 Dekabr 2008 20:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr/ Trend ,müxbir N.Abdullayeva/ Azərbaycan Misirin MDB ölkələri üzrə Texniki Əməkdaşlıq Fondu ilə əməkdaşlığı genişləndirməyə hazırdır.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Misirin MDB ölkələri  ilə Texniki Əməkdaşlıq Fondunun Baş katibi Safiyə İbrahim Amini əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüşdə Azərbaycan və Misir arasında bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub. Məmmədyarov Misir fondunun Azərbaycanda həyata keçirdiyi layihələrin vacibliyini qeyd edib və Azərbaycanda şərq dillərinin öyrənilməsinin təkmilləşdirilməsində böyük nailiyyətlərin olduğunu qeyd edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti