...

Əfqanıstan , Pakistan və Türkiyə arasında ticarət əməkdaşlığı müqaviləsi imzalanıb

Siyasət Materials 18 Dekabr 2008 13:57 (UTC +04:00)

Əfqanıstan, Kabil, 18 dekabr/ Trend , müxbir A. Həkimi / Əfqanıstan , Pakistan və Türkiyə cümə axşamı Kabildə ticarət əməkdaşlığı müqaviləsi imzalayıblar.

Müqavilənin imzalanması qərarı Əfqanıstan , Türkiyə və Pakistan prezidentlərinin İstanbulda keçirilən sammitində qəbul olunub.

"Üç ölkə arasında ticarət əməkdaşlığı regionda iqtisadi inkişafa səbəb olacaq", - deyə Əfqanıstanın Ticarət Palatası Rəyasət Heyətinin sədri Məhəmməd Qurban Həqcu cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib.

Pakistan rəsmisi Feyz Rəsul bildirib ki, Əfqanıstan və Pakistan arasında iqtisadi əməkdaşlıq ötən illərlə müqayisədə artıb. O, iki ölkə arasında ticarət dövriyyəsinin artdığını bildirib.

"Pakistan və Əfqanıstan arasında ticarət dövriyyəsi 2007 - ci ildə bir milyard üç yüz milyon dollar olub", -deyə Rəsul bildirib.

Türkiyənin Əfqanıstanla ticarət dövriyyəsi yüksək səviyyədə olmasa da, bu ölkənin tikinti şirkətləri Əfqanıstanda fəaliyyət göstərir.

"Türkiyənin 45 tikinti və yolsalma şirkəti Əfqanıstanda fəaliyyət göstərir",- deyə Türkiyənin beynəlxalq iqtisadi əməkdaşlıq idarəsi rəhbərinin müavini Ümran Ömər bildirib.

Əfqanıstan ixrac etdiyi məhsullar sırasında xalça, meyvə və çərəz əsas yer tutur.

Müəlliflə əlaqə ünvanı [email protected]

Xəbər lenti

Xəbər lenti