...

Azərbaycan prezidenti ATƏT-in Bakı ofisinin rəhbərini fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 19 Dekabr 2008 15:27 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev cümə günü ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero Ansolanı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib, AzərTAc dövlət agentliyi məlumat yayıb.

Dövlət başçısı ATƏT-in Bakı ofisi rəhbərinin Azərbaycandakı fəaliyyəti dövrünün ölkənin inkişafı və bütövlükdə region üçün əhəmiyyətli illər olduğunu vurğulayıb və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Xose Luis Herrero Ansola Azərbaycandakı fəaliyyətindən məmnun qaldığını bildirib.

Görüşdə Azərbaycanla ATƏT arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi də aparılıb.

Xəbər lenti

Xəbər lenti