Azərbaycan, Bakı, 22 dekabr/ Trend , müxbir İ.Xəlilova/ Parlamentinin Elm və təhsil məsələləri daimi komissiyası bazaar ertəsi "Təhsil haqqında" Qanun layihəsini müzakirə edib və onu ikinci oxunuşa ölkənin Milli Məclisinin müzakirəsinə təqdim edib.
Birinci oxunuşdan sonra komissiyaya 200-dən çox müraciət daxil olub və müraciətlər Qanun layihəsində əksini tapıb, - komissiyanın sədri Şəmsəddin Hacıyev deyib. Qanun layihəsindən yüksək ballı texniki-peşə məktəblərinin məzunlarına imtahan vermədədən ali təhsil məktəblərinə (ATM) daxil olmaq imkanı verən bənd çıxarılıb. Lakin Qanun layihəsində beynəlxalq olimpiadaların qaliblərinin bu imkanı saxlanılıb. Müzakirələrdə bu bəndə etiraz edilib.
Dəyişikliklərə əsasən, Azərbaycanda orta təhsil üç hissəyə ayrılır:ibtidai, orta və tam orta təhsil. Ali təhsil də üç yerə ayrılır: bakalavr, magistratura və doktorantura. Lakin hər üç dərəcə tam ali təhsil hesab olunur.
Qanun layihəsinə ölkənin ali məktəblərinə test sistemi üzrə qəbulun saxlanılması barədə bənd daxil edilib. İmtahanlardan sonra abituriyentlər ATM-i özləri seçəcəklər. Məktəblərdə gümüş və qızıl medallarla mükafatlandırma sistemi tətbiq olunacaq. Lakin bu, ATM-ə qəbul zamanı nəzərə alınmayacaq.
"Təhsil haqqında" Qanun layihəsi parlamentdə2007- ci ilin sonunda birinci oxunuşdan keçib. Mövcud Qanun 1992 - ci ildə qəbul edilib. 1995-ci ildən yeni Qanun layihəsinin hazırlanmasına başlanılıb. Lakin təhsil nazirliyi və digər rəsmi qurumlar arasında fikir ayrılıqları onun qəbuluna mane olub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]