...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Siyasət Materials 24 Dekabr 2008 10:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 23-də saat 21.30-dan 21.55-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 14.50-dən 15.15-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20.30-dan 20.45-dək Tərtər rayonunun Qızıl Oba kəndi yağınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti