...

İlham Əliyev yenidən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidenti seçilib

Siyasət Materials 26 Dekabr 2008 15:28 (UTC +04:00)
İlham Əliyev yenidən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidenti seçilib

Milli Olimpiya Komitəsinin (MOK) cümə günü keçirilən V hesabat - seçki Baş Məclisində Azərbaycanın dövlət başçısı İlham Əliyev yenidən MOK-un prezidenti seçilib, -məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

İclasda Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Azad Rəhimovun və Çingiz Hüseynzadənin MOK-un 2004 - 2008 - ci illər üzrə fəaliyyətinə dair hesabat məruzələri dinlənilib. Məruzə ətrafında çıxışlardan sonra MOK - un 4 illik fəaliyyəti qənaətbəxş sayılıb.

Baş Məclisdə Nizamnaməyə uyğun olaraq, MOK-un İcraiyyə Komitəsinin 17 nəfər və Təftiş komissiyasının 5 nəfər üzvü seçilib.

Baş Məclisdən sonra MOK-un İcraiyyə Komitəsinin xüsusi iclasında Azad Rəhimov, Çingiz Hüseynzadə və Xəzər İsayev qurumun vitse-prezidentləri, Ağacan Əbiyev isə baş katibi seçilib.

Xəbər lenti

Xəbər lenti