...

Tbilisi meri etnik azlıqların nümayəndələri ilə görüşüb

Siyasət Materials 26 Dekabr 2008 18:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan paytaxtının meri Qiqi Uqulava cümə günü "Tbilisi mənim evimdir" layihəsi çərçivəsində, sıralarında azərbaycanlıların da olduğu etnik azlıqların nümayəndələrilə görüşüb.

Şəhər merinin sözlərinə görə, Gürcüstan həmişə etnik azlıqların nümayəndələrinin məskunlaşdığı ölkə olub, hər bir cəmiyyətin inkişafı isə, onun müxtəlif etnik qrupların mövqeyinə, dininə və ən-ənələrinə nə dərəcədə tolerant yanaşması ilə təyin edilir.

Uqalava qeyd edib ki, bu baxımdan Tbilisi həmişə müsbət yöndən fərqlənib. "Son dövrlərdə baş verən hadisələrə baxmayaraq, Gürcüstanda hansısa etnik qrupların təqib edilməsi faktı qeydə alınmayıb", - deyə mer bildirib.

Tədbirin keçirildiyi 98 saylı məktəbdə təqribən 15 etnik qrupun nümayəndəsi təhsil alır.

Layihə çərçivəsində, hazırlanmasında müxtəlif millətlərin şagirdlərinin iştirak etdiyi "Tbilisi - dostluq şəhəridir" manifesti imzalanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti