...

Rusiya 2009 - cu ildə Türkmənistanla münasibətlərdə "ciddi impulsa" ümid bəsləyir

Siyasət Materials 29 Dekabr 2008 17:28 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 29 dekabr/ Trend , müxbir E.Həsənov/ "Rusiya Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun 2009 - cu ildə Moskvaya rəsmi səfərinə hazırlaşaraq, iki dövlətin münasibətlərində ciddi impulsa ümid bəsləyir", - Rusiya Federasiyası prezidenti Dmitri Medvedyevin Türkmənistan rəhbərinə ünvanlanmış məktubunda deyilir.

"Sizin Rusiyaya səfərinizin hərtərəfli hazırlanmasına xüsusi diqqət veririk... 2009 - cu il Rusiya - Türkmənistan əlaqələrinin genişlənməsi üçün yeni imkanlar açır", - RF prezidentinin məktubunda qeyd olunur.

"Əminəm ki, qarşıdakı [martda] danışıqlar zamanı mövcud razılaşmaların əməli realizəsinə ciddi impuls vermək, bizim çoxplanlı qarşılıqlı əlaqələrimizin gələcək möhkəmləndirilməsi yollarını müəyyən etmək mümkün olacaq", - məktubda deyilib.

Rusiya liderinin fikrincə, ötən ildə Moskva və Aşqabad arasında münasibətlər "məzmunlu və maraqlı tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəsinə çıxıb".

Rusiya Federasiyasının Baş naziri Vladimir Putin də Berdiməhəmmədova analoji məzumunlu məktub ünvanlayıb.

"Əminəm ki, 2009 - cu ildə birgə səylərlə Rusiya və Türkmənistan arasında münasibətlərin yüksələn inkişafına əlavə impuls vermək, ikitərəfli qarşılıqlı əlaqələri ölkələrimizin xalqlarının maraqları çərçivəsində, daha yüksək səviyyəyə çıxarmaq, Mərkəzi Asiya regionunda sabitlik və təhlükəsizliyi möhkəmləndirmək mümkün olacaq", - Baş nazirin məktubunda deyilir.

Rusiya Türkmənistanın son illər türkmən qazının əsas ixrac həcmlərini alan ənənəvi tərəfdaşıdır. Hazırda 2009 - cu ildə təbii yanacağın   qiyməti ilə bağlı danışıqlar davam edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti