...

İranda "Cundullah"ın hərbçilərə hücumu nəticəsində 4 nəfər həlak olub

Siyasət Materials 30 Dekabr 2008 13:43 (UTC +04:00)

İran, Tehran, 30 dekabr/ Trend , müxbir A.Namdari/ İranda "Cundullah" qruplaşmasının bazar ertəsi partlatdığı bomba nəticəsində dörd hərbçi ölüb, on ikisi isə yaralanıb. Bu barədə çərşənbə axşamı İranın IRNA agentliyi xəbər verib.

Lakin qruplaşmanın rəsmi saytında yerləşdirdiyi məlumata görə, iki bombanın partladılması nəticəsində 150 nəfər həlak olub.

"Cundullah"ın məlumatında bildirilir ki, bu qrupun üzvlərindən biri Sərəvan şəhər hərbi hissələrinin "Mirsad", "Rəsul", "Əkrəm" və "Fəth" hərbi bölmələrinə kamikadze hücumu təşkil edib.

Əməliyyatlar zamanı iki tonluq trotil ilə yüklənmiş avtomobildən istifadə olunub. Sərəvan şəhərinin hərbi hissəsinin mərkəzi binası hücum nəticəsində tamamilə dağıdılıb.

Bəyanatda bildirilir ki, kamikadze bu əməliyyatı İranın Təhlükəsizlik Qüvvələrinin ötən il müqəddəs Ramazan ayında Zabul şəhərindəki Əzimabad dini məktəbini dağıtmalarına qarşı etiraz əlaməti olaraq həyata keçirib.

Hücum edənlərə "Cundullah" qruplaşmasının rəhbərinin qardaşı Əbdül -Ğəfur Reygi başçılıq edib. Ötən ay qruplaşma tərəfindən 16 əsir iranlı öldürülüb.

IRNA agentliyinin məlumatına görə, "Cundullah" ABŞ və İsrail tərəfindən dəstəklənir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti