İsrailin Qəzzə Zolağında həyata keçirdiyi hərbi əməliyyatlar ölkə vətəndaşlarını "Həmas" terrorundan müdafiə etmək məqsədi daşıyır. İsrailin Azərbaycandakı səfiri Artur Lenk ölkəsinin keçirdiyi hərbi əməliyyatlarda məqsədinin İsrail vətəndaşlarını müdafiə etmək olduğunu bildirib. Bu haqda İsrail səfirliyinin bəyanatında qeyd olunub.
"Bizim hədəfimiz güclənməkdə olan terror infrastrukturuna, eləcə də "Həmas"ın İsrail vətəndaşlarına raket və mərmi atmaq, terror hücumları həyata keçirmək imkanlarına zərbə endirməkdir. İsrail dünyəvi Fələstin liderləri ilə sülh və bütün fələstinlilərlə israillilər üçün yaxşı gələcək qurmaq arzusundadır. Lənkəran şəhəri raket hücumlarına məruz qalsaydı, Azərbaycan nə edərdi? Təbii ki, o, öz xalqını qoruyardı, necə ki, İsrail bunu edir, "- deyə o bildirib.
2009 - cu il yanvarın birində Qəzzədən İsrail ərazilərinə raket zərbələri endirilib. Qrad raketlərindən biri Aşdod şəhərindəki səkkizmərtəbəli yaşayış binasına düşüb.
Səfirin sözlərinə görə, Qəzzə zolağının 40 kilometrlik ərazisində məktəblər bağlanıb, İsrailin Beerşeva, Yavne və Gedera şəhərləri isə, həyəcan siqnalı altında yaşayır. Qəzzədən atılan 40 kilometr radiuslu raketlər üzündən 900 000 İsrail sakini qorxu altındadır.
Lenk onu da əlavə edib ki, dünyanın bir çox ölkələri və BMT "Həmas"ı terror təşkilatı kimi tanıyıb və onlar bu təşkilatla hər cür əlaqəni boykot ediblər. "Biz dünya ölkələrindən İsrailin bu terror təşkilatına qarşı mübarizəsinə dəstək verməsini, hətta kampaniyaya qoşulmasını gözləyirik,"- deyə o vurğulayıb.
Dekabrın 19 - da İsrail
və Həmas arasında müvəqqəti atəçkəsin
başa çatmasından sonra, dekabrın 27 - də
İsrail Hərbi Hava Qüvvələri Qəzzə Zolağında
hərbi əməliyyatları bərpa edib. Hərbi əməliyyatlarda
422 nəfərin həlak olduğu və 2100 nəfərin
yaralandığı bildirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı : [email protected]