...

Gürcüstan sərhədlərində sərhəd polisini patrul polisi əvəz edib

Siyasət Materials 6 Yanvar 2009 13:06 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Yanvarın 1-dən Gürcüstanın sərhədlərində sərhəd polisini patrul polisi əvəz edib. Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sərhədlərə nəzarət edən patrul-müfəttişlər arasında sərhəd polisinin xeyli sayda keçmiş əməkdaşları da var. Patrul Polisi Deprtamentinin rəhbəri Qiorqi Qriqalaşvilinin sözlərinə görə, bütün sərhəd məntəqələri idarəetmə pultu Tbilisidə olan müşahidə kameraları ilə təchiz edilib.

"Nəzarət həm kameralar, həm də digər texnologiyaların köməkliyi ilə həyata keçirilir", - deyə o bildirib.

Patrul polisi həm də sərhədlərin havadan nəzarətini həyata keçirəcək. Aeroportlarda patrul polisləri viza verilməsində iştirak edir, həmçinin viza nəzarəti həyata keçirirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti