...

Qəzzə  Zolağında hərbi əməliyyatlar dayandırılmalıdır – AŞPA - nın prezidenti

Siyasət Materials 6 Yanvar 2009 15:57 (UTC +04:00)
Qəzzə  Zolağında hərbi əməliyyatlar dayandırılmalıdır – AŞPA - nın prezidenti

Azərbaycan, Bakı, 06 yanvar/ Trend , müxbir V.Javoronkova/ Qəzzə Zolağında bütün hərbi əməliyyatlar dərhal dayandırılmalı və münaqişənin növbəti amansız kəskinləşməsi olmamalıdır, - Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Luis Mariya de Puiq bildirib.

"Hər iki tərəfin münaqişəsinin sülh yolu ilə həllinə siyasi istəyi varsa, AŞPA bu işdə onlara kömək etməyə hazırdır", - prezident deyib.

Onun sözlərinə görə, zorakılıq, dağıntılar və ölüm heç zaman Yaxın Şərqin problemlərini həll etməyəcək, əksinə, daha çox zorakılıq və ölümə gətirəcək.

"Yeganə qərar siyasi xarakter daşıyır - bu, barışıq, dialoq və danışıqlardır. Daim sülh və insan hüquqlarının lehinə  çıxış etmiş Assambleya son bir neçə saat ərzində münaqişənin ölümsaçan kəskinləşməsi ilə razılaşa bilməz", - de Puiq deyib.

AŞPA - nın prezidenti daha çox qeyri - proporsional qurbanlara aparan HƏMAS hərəkatının Qəzzə Zolağından İsrail ərazilərini raket atəşinə tutmasını və İsrailin Qəzzə Zolağına hava zərbələrini pisləyib.

İsrailin Hərbi - Hava Qüvvələri dekabrın 27 - də gündüz Qəzzə Zolağını raket atəşinə tutub. Dekabrın 19 - da HƏMAS və İsrail arasında barışığın müddəti başa çatdıqdan sonra, HƏMAS dörd fələstinlinin öldürülməsinə cavab olaraq, İsrailin Aşkelon və Sderot yaşayış məntəqələrini atəşə tutub.

BBC - nin məlumatlarına görə,  İsrailin dekabrın 27 - dən apardığı hərbi əməliyyatlar nəticəsində 550 nəfər həlak olub, 2500 nəfər yaralanıb.

İsrailin Qəzzə Zolağını bombardman etməsinə cavab olaraq, HƏMAS Sderot və Aşkelon yəhudi şəhərlərinə təxminən 60 raket zərbəsi endirib. İsrail hökuməti bu şəhərlərdə fövqəladə vəziyyət elan edib.

Yanvarın 3 - dən İsrail ordusu Qəzzə Zolağında yerüstü əməliyyatlara başlayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti