...

Azərbaycanın "İrəli" İctimai Birliyinin ölkə üzrə təşkilatlanması fevralda başa çatdırılacaq

Siyasət Materials 9 Yanvar 2009 14:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 yanvar / Trend , müxbir C.Babayeva/ Azərbaycanın "İrəli" İctimai Birliyinin (İB) ölkənin şəhər və rayonları üzrə təşkilatlanması fevralda başa çatdırılacaq.  

"İrəli" İB-nin Bakının Nəsimi, Səbail, Əzizbəyov, Nərimanov rayonlarında 11 nəfərlik idarə heyətləri formalaşdırılıb, cümə günü Trend -a "İrəli" İctimai Birliyinin rayon və şəhər təşkilatları formalaşdırmaq üzrə təşkilat komitəsindən məlumat verilib. 

Bakı rayonları üzrə idarə heyətlərinin formalaşdırılması prosesi davam edir. Abşeron, Bakı və Bakı ətrafı əraziləri, daha sonra  regionları əhatə edəcək seçkilər fevral ayının ortalarına qədər davam edəcək.

Trend -un arayışı:  "İrəli" İctimai Birliyi ötən il dekabrın 24-də eyni adlı ümumrespublika gənclər hərəkatının bazasında təsis olunub.  Hərəkatın həmtəsisçiləri dekabrın 9 - da "İrəli"nin buraxılması barədə qərar qəbul ediblər. Onlar bunu qarşılarına qoyduqları məqsədlərə nail olmaları ilə izah edirlər. İctimai Birliyi sıralarında altı min nəfərdən çox üzv var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti