...

Naxçıvanda referendum üzrə "Azərbaycan naminə" təşəbbüs qrupu yaradılıb

Siyasət Materials 10 Yanvar 2009 11:18 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 10 yanvar / Trend , müxbr E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasında referendum üzrə "Azərbaycan naminə" təşəbbüs qrupunun təsis yığıncağı keçirilib.

Trend -un məlumatına görə, yığıncaqda çıxış edən Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov dekabrın 26-da Milli Məclisin "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair referendumun keçirilməsi haqqında" qərar qəbul etdiyini xatırladıb.

Trend -un arayışı: Azərbaycan parlamenti ötən ayın sonunda keçirilən iclasında Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı referendumun martın 18-də keçirilməsi barədə qərar qəbul edib.

Konstitusiyanın 29 maddəsinə dəyişiklik edilməsinə dair referendumun keçirilməsi barədə qərar verilib.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (maddə 152). AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya prezident tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153).

Azərbaycan Konstitusiyası 1995 - ci ildə referendum yolu ilə qəbul olunub, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Azərbaycanın hakim partiyası "Yeni Azərbaycan", müxalif Müsavat Partiyası "Respublikaçılar" təşəbbüs qrupları yaradıblar. Mərkəzi Seçki Komissiyası YAP-ın təşəbbüs qrupunun qeydə alınması üçün bildiriş verib.

Seçki Məcəlləsinə uyğun olaraq, təşviqatla bağlı təşəbbüs qrupunun yaradılmalı olduğunu bildirən Qasımov Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin cəmiyyət tərəfindən irəli sürülən təkliflər əsasında formalaşdığını deyib. Təşəbbüs qrupunun yaradılmasında isə təşəbbüsçü kimi millət vəkili, akademik, AMEA Naxçıvan bölməsinin sədri İsmayıl Muxtar oğlu Hacıyev çıxış edib.

Təsis yığıncağında çıxış edən Naxçıvan Dövlət Uversitetinin rektoru, akademik, millət vəkili İsa Həbibbəyli, Naxçıvan MR YAP icra katibi Anar İbrahimov, Naxçıvan MR Konstitusiya Məhkəməsinin Kollegiya sədri Əli Allahverdiyev və başqaları yaradılacaq təşəbbüs qrupunun Seçki Məcəlləsinə uyğun olaraq təşviqat kampaniyasında fəal iştirak edəcəyini, Azərbaycanda hərtərəfli inkişafın Konstitusiyaya dəyişiklikləri zəruri etdiyini bildirib, təşəbbüs qrupunun yaradılmasını və müvafiq qaydada fəaliyyətə başlamasını təklif ediblər.

Toplantıda Babayev Əli Baxşılı oğlu, Rzayev Qürbət İsmayıl oğlu, Məmmədov İsa Mustafa oğlu, İbrahimov Pərviz Abbas oğlu, Qasımov Arif Mikayıl oğlu referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndələri, Abbasov Fazil Süleyman oğlu və İbrahimov Anar Adil oğlu  referendum üzrə təşəbbüs qrupunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri seçiliblər.

Yığıncaqda səsvermə yolu ilə İbrahimov Anar Adil oğluna təşəbbüs qrupu adından vəkalətnaməni imzalamaq səlahiyyətləri verilib və referendum üzrə "Azərbaycan naminə" təşəbbüs qrupunun yaradılması barədə 4 saylı Naxçıvan Seçki Dairəsinə müraciət olunması qərara alınıb. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]           

Xəbər lenti

Xəbər lenti