Azərbaycan, Bakı, 13 yanvar/ Trend , müxbir C.Babayeva/ Gürcüstan sərhədinin keçilməsi üçün polisə rüşvət verilməsinə görə təxminən 15 Azərbaycan vətəndaşının qeyri-adekvat cəzalandırılması Azərbaycan - Gürcüstan dostluğuna zərər vura bilər, - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Gültəkin Hacıbəyli çərşənbə axşamı jurnalistlərə bildirib.
"Sərhədçilərə rüşvət təklif etmiş Azərbaycan vətəndaşları 10 min lari (7 min ABŞ dolları) cəzalandırıla və ya yeddi il müddətinə azadlıqdan məhrum edilə bilərlər. Azərbaycan vətəndaşlarına qarşı belə ciddi cəza yolverilməzdir", - o deyib.
2009 - cu il yanvarın 1-dən Gürcüstanın sərhədlərini sərhədçilərin əvəzinə polis əməkdaşları mühafizə edir. Gürcüstan DİN-in məlumatına görə, son beş gün ərzində polislərə rüşvət verməyə cəhd etmiş 11 Türkiyə, Azərbaycan və Ermənistan vətəndaşı saxlanılıb.
Yaranmış vəziyyətdə Azərbaycanın vətəndaşları da günahkardırlar, - Hacıbəyli deyib. "Azərbaycanın Gürcüstanı, o cümlədən də avqust hadisələri zamanı dəstəkləməsi fonunda, rəsmi Bakı bu ölkənin sərt addımı ilə razılaşa bilməz. Ümid edirəm ki, Gürcüstan hökuməti yaxın vaxtlarda Azərbaycan - Gürcüstan dostluğuna vurula biləcək zərərin qarşısını alacaq", - deputat deyib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]