...

ABŞ - ın Yaxın Şərq və Mərkəzi Asiyadakı ordu komandanı  Aşqabadda regional təhlükəsizlik məsələlərini müzakirə edəcək

Siyasət Materials 15 Yanvar 2009 17:53 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 15 yanvar/ Trend , müxbir E.Həsənov/ Cümə axşamı Aşqabada ilk rəsmi səfərdə  olan ABŞ-ın Yaxın Şərq və Mərkəzi Asiyadakı ordu komandanı Devid Petreus (David Petraeus) Türkmənistanın hakim dairələri ilə regional təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə edəcək. Bu barədə rəsmi türkmən mənbələri məlumat verir.

Mərkəzi Komandanlıq ABŞ-ın Yaxın Şərq və Mərkəzi Asiyadakı ordusunun fəaliyyətinə nəzarət edir. General Petreus regional turne çərçivəsində, Qazaxıstana səfər etdikdən sonra Aşqabada gəlib.

Petreusun Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov, Sərhəd və Narkotik Maddələrinin Yayılması ilə Mübarizə xidmətlərinin rəhbərləri, o cümlədən xarici işlər naziri ilə görüşləri planlaşdırılır.

İran və Əfqanıstan ilə sərhəd olan Türkmənistanda sərhədlərin mühafizəsi, terrorçuluq və narkotik maddələr ticarəti ilə mübarizə məsələlərinin müzakirə olunacağı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti