...

Hollandiya hərbi qüvvələri Əfqanıstanın Urozqan vilayətində hərbi əməliyyata başlayıblar

Siyasət Materials 17 Yanvar 2009 13:38 (UTC +04:00)

Əfqanıstan, Kabil, 17 yanvar / Trend , müxbir A.Hakimi/ Kabildə acıqlanan pres-relizdə deyilir ki, Hollandiya  hərbi qüvvələri  Əfqanıstanın Urozqan vilayətinin Baluçi vadisində miqyaslı hərbi əməliyyata başlayıblar.

Pres-relizdə deyilir ki, Hollandiya  hərbi qüvvələri vadiyə ilk dəfə daxil olacaqlar.

Hollandiya hərbi qüvvələrinin nümayəndəsi pres-pelizdə bildirir ki, əməliyyatın əsas məqsədi - bu regionda Əfqanıstan Milli Ordusu üçün qüclü hərbi bazanın yaradılmasından ibarətdir. Hərbi baza Urozqan vilayətinin mərkəzi - Trenkutla Çoran dairəsini birləşdirən dəmir yolunun tikilməsinə imkan verəcək.

Urozqan - Hollandiya və Avstraliya hərbi qüvvələrinin əsas hissəsinin yerləşdiyi Əfqanıstanın qeri-sabit bölgəsidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti