...

Brüsseldə Ukrayna-NATO komissiyasının səfirlər səviyyəsində iclası keçirilib

Siyasət Materials 20 Yanvar 2009 02:18 (UTC +04:00)

Trend-i buradan izləyin

Ukrayna, Kiyev, 20 yanvar / Trend müxb. Z.Novsvitski/ Yanvarın 16-da NATO-nun mənzil-qərərgahında (Brüssel) Alyansın Baş katibi Yaap de Hoopun sədrliyi ilə Ukrayna-NATO komissiyasının səfirlər səviyyəsində iclası keçirilib.

2009-cu ildə Ukraynanın Alyansla ilk siyasi dialoqu olan iclas 2008-ci ilin dekabrında xarici işlər nazirlərinin toplantısının yekunlarına həsr edilib. Bu barədə Ukrayna XİN-in mətbuat xidməti xəbər verir.

Tədbir iştirakçıları ümumilikdə Ukrayna tərəfindən İntensivləşdirilmiş dialoq və fəaliyyət planının yerinə yetirilməsini müsbət qiymətləndiriblər. Gələcəkdə də siyasi dialoq və praktiki əməkdaşlığın dinamikasının artırılmasına dair arzular bildirilib.

NATO-ya üzv ölkələrin səfirlərinin xahişi ilə Ukrayna missiyasının sədri toplaşanlara Rusiyanın Avropanı qazla təmin etməsi və bu məsələdə Ukraynanın mövqeyi ilə tanış edib.

Xəbər lenti

Xəbər lenti