...

Güclü və dəyişilmiş Amerika Gürcüstan üçün olduqca vacibdir – Gürcüstanın birinci xanımı

Siyasət Materials 21 Yanvar 2009 12:12 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 21 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın birinci xanımı Sandra Rulofs oğlu Eduard ilə ABŞ prezidentinin andiçmə mərasimində iştirak edib. O, jurnalistlərə bildirib ki, yeni prezidentin gəlişi ilə ətrafda bir çox şeylər dəyişəcək.

"Güclü və dəyişilmiş Amerika Gürcüstan üçün olduqca vacibdir", - deyə Rulofs bildirib.

Vaşinqtonda güclü şaxta olmasına baxmayaraq, andiçmə mərasiminə gələnlər öz yerlərini tərk etməyiblər. Rulofsun sözlərinə görə, şaxtaya baxmayaraq, prezidentin çıxışı başlayan kimi "isti hava və yüksək temperatur müşahidə olundu".

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti