...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə növbəti dəfə atəşkəs rejimini pozublar

Siyasət Materials 22 Yanvar 2009 09:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 22-də saat 04.10-dan 05.30-dək fasilələrlə Fizulu rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 05.45-dən 05.50-dək Ağdam rayonunun Yusifjanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 06.10-dan 06.25-dək Xojavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbayjan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Bütün hallarda düşmən javab atəşilə susdurulmuşdur.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti