...

Gürcüstan baş nazirinin müavini Livana işgüzar səfərə gedib

Siyasət Materials 23 Yanvar 2009 17:00 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan baş nazirinin müavini Qiorqi Baramidze Livana işgüzar səfərə yollanıb. Nazir müavini orada ölkənin icra və qanunverici hakimiyyətinin ali rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirəcək.

Baş nazir müavinin aparatından Trend -a verilən məlumata görə, Baramidze Livanın baş naziri Fuad əs-Sinyora, parlament spikeri Nəbi Beri, bu ölkənin keçmiş prezidenti Amin Jmayel ilə görüşəcək. Səfər çərçivəsində xarici işlər, iqtisadiyyat və ticarət, informasiya, inzibati islahatlar nazirləri, həmçinin İnkişaf və Yenidənqurma Şurasının prezidenti, parlament üzvləri, Avropa Komissiyasının Livandakı nümayəndəliyinin rəhbəri Patrik Laurent ilə görüşlər keçiriləcək.

Avropa İttifaqının yardımı ilə təşkil olunan səfər  dörd əsas məqsəd daşıyır: Gürcüstanın separatçı regionları - Abxaziya və Cənubi Osetiyanın tanınmasına yol verməmək üçün Livan və regionun digər ölkələri ilə dialoqun möhkəmləndirilməsi; Livanın iqtisadi potensialından çıxış edərək Tbilisi ilə Beyrut arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi; Gürcüstana sərmayələrin cəlb edilməsi məqsədi ilə yerli biznesmenlərin təşviqi; Avropa İttifaqı ilə əməkdaşlıq planında Livanın təcrübəsi ilə tanışlıq.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti