...

ABŞ Konqresinə 20 yanvar faciəsi haqqında bəyanat təqdim edilib

Siyasət Materials 23 Yanvar 2009 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar/ Trend / ABŞ Konqresinin Nümayəndələr Palatasının və Konqresmenlər Palatası yanında Azərbaycan üzrə İşçi qrupunun üzvü Stiv Kohen yanvarın 15-də 20 yanvar faciəsi barədə bəyanat təqdim edib, - Azərbaycan XİN-in cümə günü yayılmış məlumatında deyilir.

Konqresmen öz çıxışında faicənin tarixi, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğalı, ölkə prezidenti və parlamentinin azad seçilməsi barədə danışıb. Kohen bildirib ki, işğal edilmiş ərazilər istisna olmaqla, Azərbaycanda xarici hərbi qüvvələr yoxdur, - məlumatda deyilir.

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusu fövqəladə vəziyyət elan edilmədən  Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. Faciə nəticəsində 132 nəfər həlak olub. Onlardan 117-si azərbaycanlıdır, 744 insan yaralanıb, 4 nəfər itkin düşüb, 400 nəfər həbs edilib. Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan edilmədiyi rayonlarda (Neftçala, Lənkəran) isə 26 nəfər qətlə yetirilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti