...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Siyasət Materials 26 Yanvar 2009 10:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 25-də saat 12.30-dan 13.05-dək Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 12.15-dən 12.25-dək, 15.30-dan 15.45-dək və yanvarın 26-na keçən gecə saat 23.45-dən 00.00-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Seyidəhmədli, Qərvənd və Qaraxanbəyli kəndləri yaxınlığında  yerləşən mövqelərdən, saat 23.30-dan 00.00-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti