...

Ermənistan dövləti monoetnik siyasət yeridir - Azərbaycanın AŞ PA - da nümayəndə heyətinin üzvü

Siyasət Materials 27 Yanvar 2009 16:10 (UTC +04:00)
Ermənistan dövləti monoetnik siyasət yeridir - Azərbaycanın AŞ PA - da nümayəndə heyətinin üzvü

Fransa, Strasburq, 27 yanvar / Trend , müxbir A. Məhərrəmli/Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü çərşənbə axşamı Ermənistan dövlətini monoetnik siyasət yeritməkdə ittiham edib.

"Ermənistanda baş verənlər bizi ciddi düşündürməlidir. Ermənistanda keçirilən seçkilər və 1 mart hadisələri ilə bağlı ABŞ Konqresinin Helsinki Komissiyasında keçirilən dinləmələrdə konqresmenlərdən biri ölkədə rastlaşdığı antisemitizmdən dəhşətə gəldiyini vurğulayıb. Amma biz neçə illərdir, bu Assambleyada Ermənistanın mono-etnik dövlət siyasəti və bunun nəticəsində, 100 minlərlə azərbaycanlının öz yurdlarından zorla qovulduğunu vurğulamışıq. Biz bildirmişdik ki, bu bütün Avropa üçün çox təhlükəli bir tendensiyadır", - Trend -un məlumatına görə, qurumun qış sessiyasında çıxışı zamanı Azərbaycanın AŞ PA - dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.

Trend - un arayışı: Bu gün AŞ PA - nın qış sessiyası çərçivəsində, Ermənistan tərəfindən 1609 və 1620 saylı Qəıtnamələrin yerinə yetirlməsi ilə bağlı müzakirələr aparılıb.

Avropa Şurası Parlament Assambleyası, Ermənistanın vəziyyətdən çıxmasına yardım etməsini əsas gətirərək,  qurumun Monitorinq Komitəsinin öhdəliklrəin yerinə yetirlməsini bir daha dəyərləndirmək üçün, Ermənistrana qurumun apreldə keçiriləcək sessiyasınadək vaxt vermək barədə qərar çıxarıb.

Ermənistanın müxalifəti, 2008 - ci ilin fevralında keçirilmiş və Serj Sərkisyanın qələbə qazandığı prezident seçkilərinin yekunlarından narazılığını bildirərək, 2008 - ci il fevralın 20 - dən İrəvanın mərkəzində etiraz aksiyalarına başlayıb. Martın 1 - də aksiyalar mitinq edənlərin hüquq - mühafizə orqanlarının nümayəndələri ilə toqquşmalarına çevrilib, onlarla insan həlak olub və 265 nəfər yaralanıb. Ermənistana qarşı iki əsas tələb irəli sürülüb - syasi məhbusları azad etmək və mart hadisələrinin qərəzsiz araşdırılması. Tələblərin heç biri yerinə yetirilməyib.

Ermənistanın işğal etdiyi ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıldığını qeyd edən Paşayeva deyib ki, minlərlə günahsız insanı qətlə yetirən rəsmi İrəvana qarşı beynəlxalq təşkilatların sərt mövqe tutmaması onunla nəticələndi ki, onlar öz xalqının dinc şəkildə etiraz edən insanlarına silah qaldırdılar.

Deputat vurğulayıb ki, bu gün də Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan ərazilərindən öz həyətlərində işləyən dinc azərbaycanlıları snayperlərlə hədəfə alaraq, qətlə yetirirlər. Onlar işğal etdikləri Azərbaycan ərazilərində qəsdən yanğınlar törədirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti