...

Knessetə səsvermə üçün İsrail səfirliyində seçki məntəqəsi açılıb

Siyasət Materials 29 Yanvar 2009 20:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar/ Trend , müxbir Ü.Sadıqova/

İsrailin Azərbaycandakı səfirliyində Knessetə keçirilən seçkilərdə səs vermək üçün seçki məntəqəsi açılıb. İsrailin səfiri Artur Lenk və digər israilli diplomatlar burada səs veriblər, - səfirliyin press -relizində qeyd edilir.

İsrailin xaricdə fəaliyyət göstərən bütün səfirliklərində analoji seçki məntəqələri açılıb.

İsrail parlamentinə - Knessetə seçkilər fevralın 10-da keçiriləcək. Seçkilərdə 32 partiya iştirak edəcək.

Seçkilərdə əsas rəqiblər hakim Kadima partiyası və Benyamin Netanyahunun başçılığı ilə müxalif "Likud" bloku hesab olunur.

Fələstin - İsrail münaqişəsinin həllində partiyaların mövqeyi fərqlidir - Kadima fələstinlilərlə dialoq və sülh danışıqları prosesinin davam etdirilməsinin lehinə çıxış edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti