...

Əfqanıstanda kamikadzenin özünü partlatması nəticəsində on səkkiz polis həlak olub

Siyasət Materials 2 Fevral 2009 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 fevral/ Trend , müxbir D.Xatınoğlu/ Bazar ertəsi səhər Əfqanıstanın cənubunda yerləşən Uruzqan vilayətində kamikadze özünü partladıb. Hadisə nəticəsində 18 polis həlak olub və daha bir neçə nəfər yaralanıb. Bu barədə Trend -a Əfqanıstanın Müdafiə Nazirliyinin nümayəndəsi, general Zahir Əzimi məlumat verib.

Partlayış Uruzqan vilayətinin mərkəzi şəhəri olan Trinkotda polislərin səhər təlimlərinə toplaşdığı yerdə baş verib.

Əzimi hazırda araşdırmanın aparıldığını bildirərək hadisənin detalları barədə açıqlama verməyib.

Bu, son iki gündə ikinci kamikadze hücumudur. Kabildə baş verən partlayış nəticəsində dörd nəfər yaralanmışdı.

Əzimi bildirib ki, səhər bu vilayətdə üç kamikadze yaxalanıb.

Baş verən hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti