...

Qırğızıstanda ilk dəfə olaraq KİV hüquqlarının qorunması üzrə assosiasiya rəsmi dövlət qeydiyyatından keçib

Siyasət Materials 4 Fevral 2009 16:46 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 4 fevral / Trend , R.Мəşədihəsənli/ Qırğızıstanda ilk dəfə olaraq KİV hüquqlarının qorunması üzrə "Nəşriyyatçılar və dövri mətbuatın yayılması aassosiasiyası"  rəsmi dövlət qeydiyyatından keçib. Bu barədə çərşənbə günü Bişkekdə mətbuat konfransında qurumun idarə heyətinin sədri Andrey Miyasarov və təsisçilər məlumat veriblər.

Miyasarovun sözlərinə görə, assosiasiyanın yaradılmasında məqsəd, KİV orqanlarının hüquqlarını qorumaq, qəzet, jurnal, kitab və sair nəşriyyat nümunələrinin hazırki iqtisadi çətinlik dövründə satışına, yayılmasına dəstək olmaq, eyni zamanda, ölkə daxilində mətbuat nümunələrinin inkişafına və fəaliyyətinin genişlənməsinə mane olan daxili və xarici faktorları araşdıraraq, əməli tədbirlər həyata keçirməkdir.  Qırğızıstanın makroiqtisadi göstəricilərinin aşağı olması, istehlakçı sorğusunun zəifliyi, reklam bazarının və marketinq sisteminin ixtisara düşməsi və sair "Nəşriyyatçılar və dövri mətbuatın yayılması aassosiasiyası"nın meydana gəlməsinə səbəb olub.

Mətbuat konfransında bildirildi ki, artıq Qırğızıstanın bir sıra mətbuat nümunələri - fiziki və hüquqi çəxs qismində assosiasiyanın tərkibinə daxil olub. Dövri mətbuatın yayıcıları hesab edilən "Qırğızpoçt" və "Basmasöz" firmasının da fəaliyyətində sönüklük olduğu qeyd edildi.

"Yeni təşkilatın məqsəd və məramı haqqında Qırğızıstan Respublikası İctimai Palatasına məlumat çatdıracaq və dövlət orqanları ilə sıx əməkdaşlıq edəcəyik. Assosiasiya kiminsə şəxsi marağını güdmək üçün deyil, ümumi işimiz naminə yaradılıb. Çap məhsullarının bazarı nəşriyyatçı, yayıcı, reklam-məlumat agentləri olmadan inkişaf edə bilməz. Assosiasiya KİV orqanlarının məhsuldarlıq aləti olacaq. Ümidvaram ki, birgə səylərimiz sayəsində məhsul üçün strateji əhəmiyyət daşıyan vergi güzəştləri və əlavə dəyər vergisi haqqında qanunların dövri mətbuatın xeyrinə dəyişməsinə təsir göstərə biləcəyik", - "Nəşriyyatçılar və dövri mətbuatın yayılması aassosiasiyası" İdarə heyətinin sədri, KİV-ə dəstək fondunun Qırğızıstandakı rəsmisi Miyasarov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti