...

Türk şirkəti Ermənistana zirehli texnika satışı ilə bağlı danışıqlar aparmayıb

Siyasət Materials 5 Fevral 2009 15:27 (UTC +04:00)
Türk şirkəti Ermənistana zirehli texnika satışı ilə bağlı danışıqlar aparmayıb

Azərbaycan, Bakı, 05 fevral/ Trend , müxbir B.Həsənov/ Türkiyənin Nurol Makina və Sənaye Şirkəti Ermənistana zirehli texnika satmaq məqsədilə Yerevanla danışıqlar aparmaları haqda yayılan xəbərlərin doğru olmadığını bəyan edib.

"Ermənistana silah satmaq üçün danışıqlar aparmağımızla bağlı məlumatlar tamamilə əsassızdır, biz belə bir açıqlama verməmişik", - deyə şirkətin direktor müavini Tanju Torun cümə axşamı Ankaradan telefonla Trend -a bildirib.

Türkiyənin "Hürriyet" qəzetinin fevralın 4-də yaydığı məlumata görə, Nurol Makina və Sənaye Şirkətinin direktor müavini Torun istehsal etdikləri zirehli maşınların Ermənistana satılması üçün danışıqlar apardıqlarını və razılaşma əldə olunarsa, satışın reallaşacağı barədə bildirib.

Torun mətbuatda yazılanlardan xəbəri olmadığını və sözlərinin təhrif edildiyini bildirib. Torun onu da əlavə edib ki, onların şirkəti silah istehsalı və satışı ilə məşğul olmur.

Xəbər lenti

Xəbər lenti